Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.
Ednews xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.
“Mercedes” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək maşını Nəriman Nərimanovun heykəli olduğu əraziyə aşırıb.
Ağır xəsarət alan “Mercedes”in sürücüsü xəstəxanaya çatdırılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.