Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü seçilib.
Ednews xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılan "Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin təyin edilməsi haqqında” Milli Məclisin qərarında dəyişiklik edilib.
Qeyd edək ki, parlamentin 5 üzvü Milli Məclis sədrinin müavini Adil Əliyev, parlamentin Aparat rəhbəri Fərid Hacıyev, deputatlar Əminə Ağazadə, Arzu Nağıyev və Elşad Mirbəşir oğlu komissiyaya daxildir.