“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə III oxunuşda müzakirəyə çıxarılıb.
Ednews xəbər verir ki, parlamentin bu gün keçirilən növbədənkənar iclasında layihə III oxunuşda qəbul edilib.
Dəyişikliklərə əsasən, Milli Məclisin sədri 3550 manat aylıq vəzifə maaşı alacaq.
Milli Məclis sədrinin birinci müavini parlament sədrinin aylıq vəzifə maaşının 90 faizi qədər maaş alacaq.
Milli Məclis sədrinin müavini - 85 faizi, komitə və komissiya sədri - 80 faizi, komissiya sədrinin müavini - 75 faizi, deputat isə parlament sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq.