Azərbaycanda yeni medal təsis edilib.
Ednews xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.