Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yanğın olub.
Ednews FHN-nin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 120 m² olan mənzilin mətbəxində 1 ədəd elektrik sobası, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qaz sobası və mebel 1 p.m yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.