Xarici ölkələrdən diri heyvanlar, ət və ət məhsulları Azərbaycana gətirilməsinə həmin ölkənin epizootik vəziyyəti nəzərə alınaraq icazə verilir.
Ednews xəbər verir ki, bunu AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.
Trend.az-ın məlumatına görə, o, xaricdən ölkəmizə göndərilən heyvanların beynəlxalq səviyyədə tanınan sənədlərlə müşayiət olunduğunu söyləyib.