Fransada "CBC Azərbaycan" kanalı tərəfindən istehsal olunan Qarabağın dağıdılmış məbədlərindən bəhs edən filmin təqdimatı keçirilib.
Ednews xəbər verir ki, bu barədə Azərbaycan rus icmasının sədr müavini və filmin müəllifi Anastasiya Lavrina məlumat verib.
Müəllif bildirib ki, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən təqdimatda 60-a yaxın müxtəlif dövlət və qeyri-dövlət strukturlarının nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları işğal nəticəsində Qarabağın dağıdılmış infrostrukturları, eləcə də azad edildikdən sonrakı bərpa işləri ilə bağlı məlumatlandırılıb.
Qeyd edək ki, Vatikanda da təqdimatı keçirilən film artıq fransız, yunan və serb dillərinə tərcümə olunub.
Anastasiya Lavrina yaxın günlərdə filmin ABŞ və digər Avropa ölkələrində də təqdimatının planlaşdırıldığını qeyd edib.
Ülviyyə Fərhad