Doğuş zamanı ana ölümünün bölgələrdə çoxluq təşkil etməsinə SƏBƏB NƏDİR? TƏBİB-dən AÇIQLAMA - ÖZƏL

Cəmiyyət 13:30 30.06.2022

Son statistikaya görə son zamanlar doğuş zamanı ölüm hallarının sayı çoxalıb.  

Xüsusən mütəmadi olaraq bölgələrdə yaşanan bu hadisələr artıq hadisələrin məcrasından çıxdığını göstərir. Rayonlarda yaşayan sakinlər bunu xəstəxanalardakı vəziyyət, mütəxəssis çatışmazlığı, həkimlərin xəstələrlə kobud davranışı, tibbi ləvazimatların sanitariya qaydalarına uyğun olmamasından qaynaqlandığını bildirirlər. 

Danışan şahidlər...

Ağstafa rayon sakini bir qadın deyir ki, hamiləlik dövründə ümumiyyətlə müayinə olunmayıb.

“Hazırda iki uşağım var. Nə birinci,  nə də ikinci hamiləliyimdə həkimə getmişəm. Əslində özüm uşağımda və məndə bir poroblem olub-olmamasını öyrənmək üçün yoxlanmaq istədim, ancaq evdən icazə vermədilər. Qayınanam dedi ki, - “ nəyinə lazım? Uşaqdır də, süddən, qatıqdan ye, yaxşı olacaq”. Etiraz edəndə isə - “biz də uşaq dünyaya gətirmişik, heç bir dəfə də həkimə getməmişik”,- deyirdi”.

Gəlinin sözlərinə görə,  Ağstafada da ana ölümü kifayət qədərdir. 

“Çox təəssüf ki, belə hallarla biz də rastlaşırıq. Lakin bu zaman qohum-əqraba həkimləri günahlandırır. Lakin yaşananlara baxdıqda görərik ki, hadisələrdə heç də hər zaman həkim səhlənkarlığından yaranmır. Rayon yerlərinin çoxunda hamilə qadınlar bir çox səbəblərə görə həkim müayinəsindən yayınırlar. Bu da ölüm risklərini artırır”.

Bəs, həkimlər nə deyir? Doğuş zamanı qadın ölümlərinin bölgələrdə çoxluq təşkil etməsinə səbəb nədir? 

Ana ölümünün baş vermə səbəblərindən Ednews-a danışan səhiyyə eksperti Aydın Əliyev bunu bir neçə amillə əlaqələndirib.

“Doğuş zamanı ölüm halları dünyada ciddi prioritet məsələdir. Təəssüf ki, ökəmizdə, xüsusən də bölgələrdə doğum zamanı yaşanan ölüm halları ilə hələ də qarşılaşırıq. Köklü səbəblərsə müxtəlifdir. 

1.Hamiləliyin planlanması;

Qadın və kişi dünyaya uşaq gətirmək haqqında fikirləşməzdən əvvəl müayinələrdən keçməlidirlər. Bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir. 

2.Hamiləlik dövründə müayinə;

Bu zaman kəsiyində həm döl, həm də ana yetəri qədər yoxlanmalıdır. Bu problem bölgələrdə daha çox yaşanır. Əsaslı səbəb isə köhnə fikirlilikdir. Yuxarı yaş təbəqəsi uşaq dünyaya gətirənədək yoxlanmadıqlarını, bununla heç bir problemin olmadığını deyir və valideyn olmağa hazırlaşanlara da bunu aşılayırlar. Ancaq düşünülmür ki, uşaqda sağlamlıqla bağlı problemlər və ən pisi iki tərəf üçün ölüm halları ola bilər. Buna görə də həm hamiləliyə qədər, həm də sonrakı dövrlərdə müayinədən keçmək mütləqdir”.

Ekspert həkim məsuliyyətsizliyindən və qeyri-peşəkarlığından da söz açıb. 

“Belə məsələlərdə həkimlərin də önəmi çoxdur. Təəssüflər olsun ki, bölgələrdə həkimlərin qeyri-peşəkarlığı qadınların doğuş zamanı ölüm hallarını çoxaldır.  Ancaq bütün hünahı həkimlərə yükləmək də doğru deyil, hər iki tərəf günahkar sayılır. Həkimlər də bu sahədə savadını, praktiki biliklərini artırmalıdırlar. Doğuşun təbii və ya əməliyyat yolu ilə olması həkimin müayinəsindən sonra bilinir. Daha sonra həkim artıq müvafiq qərarı verib xəstəyə uyğun müalicə üsulu seçir”.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Zamirə Ədilova bölgələrdə doğuş zamanı ölümlərin sayının artmasının qarşısını almaq üçün görülən tədbirlərdən danışıb. 

“İlkin səhiyyə müəssisələrində hamilələrin qeydiyyatının dəqiq aparılmasına nəzarətin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyindən “Hamilə qadınların registr” vahid elektron qeydiyyat sisteminə istifadəçi icazəsi alınıb. Ana və uşaqların sağlamlığının qorunması sahəsində xidmət göstərən tibb işçilərinin xarici ölkələrdə müasir texnologiyalarla işləmək vərdişlərinin təkmilləşdirilməsi məqsədilə TƏBİB tabeliyində tibb müəssisələrində fəaliyyət göstərən 10 həkim Moskva şəhərinə ezam edilərək “Uşaqlarda kəskin vəziyyət zamanı təxirəsalınmaz yardım” təlimlərinə cəlb ediliblər”. 

TƏBİB rəsmisinin sözlərinə görə, BMT-nin Uşaq fondu UNİCEF-in yerli nümayəndələri ilə birgə “Patronaj xidmətinin gücləndirilməsi” layihəsi 2 ildir ki, həyata keçirilir.

“Bu layihə çərçivəsində 5 pilot regionda (Abşeron, Ağcabədi rayonları, Şamaxı, Şirvan və Gəncə şəhərlərində) qadınlara və uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən tibbi işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi həyata keçirilir”.

Ləman Abbaslı
 
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO

Xəbər xətti

Almaniya və Fransanın Kiyev rəqabəti
Almaniya və Fransanın Kiyev rəqabəti
13:45 19.03.2024
Bakının mərkəzində məşhur kafenin fəaliyyəti dayandırıldı
13:39 19.03.2024
AYNA taksi sürücülərinə xəbərdarlıq edib
13:32 19.03.2024
Allahşükür Paşazadədən  Novruz bayramı münasibətilə TƏBRİK
Allahşükür Paşazadədən Novruz bayramı münasibətilə TƏBRİK
13:20 19.03.2024
Bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıb
13:18 19.03.2024
Yazın ilk gününün hava proqnozu açıqlanıb
Yazın ilk gününün hava proqnozu açıqlanıb
13:08 19.03.2024
Aİ Rusiya taxılına qadağa qoyacaq
Aİ Rusiya taxılına qadağa qoyacaq
13:00 19.03.2024
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
12:55 19.03.2024
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
12:45 19.03.2024
"Cənub Şərqi Avropa ölkələrinin Azərbaycanın qazına ehtiyacı var" – Natiq Cəfərli
12:30 19.03.2024
BDYPİ bayram günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib
12:26 19.03.2024
Qaradağda 10 min manatlıq oğurluq olub
12:20 19.03.2024
Yeni Zelandiyada maraqlı kəşf
Yeni Zelandiyada maraqlı kəşf
12:15 19.03.2024
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
12:05 19.03.2024
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
12:00 19.03.2024
Mingəçevir sakini sahibkarlara qarşı 200 min manatlıq dələduzluğa görə tutulub
11:55 19.03.2024
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
11:50 19.03.2024
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
11:45 19.03.2024
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
11:39 19.03.2024
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
11:30 19.03.2024
Azərbaycanda partiyanın məsul şəxsi saxlanılıb
11:25 19.03.2024
Fevralda 3,8 mindən çox şəxsə pensiya təyinatı aparılıb
11:15 19.03.2024
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
11:10 19.03.2024
Nazirlik internet xidmət provayderlərinə təlimat göndərib
11:05 19.03.2024
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
11:00 19.03.2024
Mikayıl Cabbarovdan İlaxır çərşənbə ilə bağlı maraqlı paylaşım
10:58 19.03.2024
Bakıda yağışlı hava qəzaya səbəb oldu - VİDEO
10:50 19.03.2024
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
10:45 19.03.2024
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
10:38 19.03.2024
Xankəndidə xeyli silah-sursat tapılıb
10:35 19.03.2024
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
10:30 19.03.2024
FHN əhaliyə müraciət edib
10:22 19.03.2024
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
10:15 19.03.2024
Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
10:06 19.03.2024
Azərbaycanda sosial problemlər həllini niyə tapmır? - Natiq Cəfərli və Tural Abbaslı ilə MÜZAKİRƏ
10:00 19.03.2024
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
09:51 19.03.2024
Bakıda qadın dəm qazından boğularaq ölüb
09:40 19.03.2024
Bayram günlərində təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq
09:33 19.03.2024
Sabunçu rayonunda marketin anbarında yanğın olub
09:31 19.03.2024
Pakistanda zəlzələ baş verib
Pakistanda zəlzələ baş verib
09:27 19.03.2024
Hamısı