Rusiyanın "Utair" aviaşirkəti iyul ayından etibarən Sankt-Peterburqdan Bakıya reyslər işə salmağı planlaşdırır.
Ednews xəbər verir ki, bu barədə şirkətin prezidenti Oleq Semyonov məlumat verib.
Onun sözlərinə görə, bu il Azərbaycana aviareyslər artırılıb:
“İlin əvvəlində Moskvada Gəncə və Naxçıvana, Moskva, Surqut və Tümendən Bakıya birbaşa reyslər işə salınıb. İyunda Qroznı və Ufadan Bakıya reys açılıb, iyulda isə Sankt-Peterburqdan Bakıya uçuşlara başlamağı planlaşdırırıq".