"Qanunlarımızı qəbul edən Qarabağdakı ermənilərə hüquqi yardım göstərməyə hazırıq" - RƏSMİ - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

"Qanunlarımızı qəbul edən Qarabağdakı ermənilərə hüquqi yardım göstərməyə hazırıq" - RƏSMİ

Cəmiyyət A- A A+
"Qarabağ bölgəsində yaşayan, Azərbaycanın qanunlarını qəbul edən, erməni əsilli istənilən Azərbaycan vətəndaşlarımıza hüquqi yardım göstərməyə hər zaman hazırıq". 
 
Ednews report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov deyib. 
 
O, həmçinin Ermənistan tərəfinin destruktiv mövqe nümayiş etdirməsindən təəssüfləndiyini vurğulayıb: 
 
"Ermənilər Azərbaycan Konstitusiyasına uyğun vətəndaşlığı qəbul edərlərsə, qanunverici və digər orqanlarda təmsilçilikləri onların hüquqlarıdır. Yerli idarəetmə orqanlarında da fəaliyyət göstərmələrinə heç bir problem olmayacaq.  
 
Yəni, onların bütün hüquqları təmin ediləcək. Prezident İlham Əliyev bunu dəfələrlə ən yüksək səviyyədə səsləndirib". 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...