Tibb müəssisələrində yoxlamalara başlanıldı - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Tibb müəssisələrində yoxlamalara başlanıldı

Cəmiyyət A- A A+
Ölçmə vəhdətinin təmin olunması sahəsində qanunvericiliyin icrasına nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində dövlət metroloji nəzarətinin aparılmasına başlanılıb. 
 
Dövlət Xidmətindən Ednews-a verilən məlumata görə, aparılan nəzarət tədbirləri çərçivəsində tibb müəssisələrində ölçmələrə dair məcburi tələblərə riayət edilməsi yoxlanılacaq. 
 
Bununla yanaşı, istifadə olunan ölçmə vasitələrinin dövri yoxlamadan keçirilməsi, ölçmə nəticələrinin təhrif olunmasına səbəb ola biləcək icazəsiz sazlanmaların mövcudluğu və ölçmə vasitələrinə müdaxilə edilməsinə dair vəziyyəti araşdırılacaq. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...