İyunun 16-dan ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla təşkil edilən 2 həftəlik “Yay məktəbi” iyunun 30-na qədər davam edib.
Məlumat üçün bildirək ki, dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınaraq müəyyən edilib, onlar üçün ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər maarifləndirici fəaliyyətlər həyata keçirilib.
Xatırladaq ki, “Yay məktəbi” təkcə paytaxt Bakıda yox, həmçinin bölgələrdə də təşkil olunub. Tovuz rayon Düz Qırıqlı kənd orta məktəbinin direktoru Xatirə Xasıyeva Ednews-a yay məktəbindən danışarkən şagirdlərin sevincindən, onların necə həvəslə bu dərslərə qoşulmaqlarından da bəhs edib.
“Şagirdlərimizin bilik səviyyəsinin yüksək olması üçün biz də bir məktəb kimi əlimizdən gələni etdik. İnanıram ki, gələcəkdə daha çox uğurlar əldə edəcəyik. Bu müddət ərzində keçilən bütün fənlər həm maraqlı, həm də əyləncəli oldu. Onlar riyazaziyyat, ana dilini, xarici dillər, idman, musiqin, təbiət fənləri, tarixi və s. fənləri xüsusi həvəslə təkrarlayırdılar. Bundan başqa hər zaman şagirdlərlə psixoloji söhbətlər aparmaq onların marağına səbəb olur. Biz də öz növbəmizdə şagirdlərimizə xoş tətil, yeni dərs ilində yeni-yeni uğurlar qazanmaq arzulayırıq”.
Məqsədi həm pandemiya dövründə məktəblərdə yaranan fasilələrin nəticələrini aradan qaldırmaq, həm də şagirdlərə açıq havada daha maraqlı dərs sisteminin keçirilməsi olan “Yay məktəbi”-dən görüntüləri təqdim edirik:
Ləman Abbaslı