I qrup əlil yanan evdən belə xilas edildi - VİDEO - ednews.net

13 Avqust, Şənbə

(+994 50) 229-39-11

I qrup əlil yanan evdən belə xilas edildi - VİDEO

Cəmiyyət A- A A+

Lənkəran şəhərinin Şəhidlər xiyabanı küçəsində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verib.

Ednews xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının Bağırova Fazilə Bilal qızına məxsus ümumi sahəsi 96kv.m olan 1 mərtəbəli 4 otaqlı evdə baş verdiyi və yanğın başlamış otaqda yataq xəstəsi olan vətəndaşın həyatı üçün təhlükəli vəziyyətin yarandığı müəyyən edilib.

Yanğınsöndürənlər yanğına çevik müdaxilə edərək yayılmasına imkan vermədən yanğını qısa müddətdə söndürüb və ev sahibinin həyat yoldaşı yataqda olan I qrup əlil 1964-cü il təvəllüdlü Bağırov Ədalət Nəhmət oğlunu xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Yanğın zamanı 4 otaqlı evin 1 otağında 1 ədəd xalça qismən yanıb, ev yanğından mühafizə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...