Zaqatalada Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlandı - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

Zaqatalada Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlandı

Cəmiyyət A- A A+
Zaqatalada Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb.
 
Ednews apa-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Car kənd sakini 1962-ci il təvəllüdlü Şaban Məmməd oğlu Quçiyev qarın boşluğunun kəsilmiş-deşilmiş daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
 
Şaban Quçiyev əməliyyat edildikdən sonra xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Şaban Quçiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsində sürücü vəzifəsində işləyir. Şaban Quçiyev həmkəndlisi Tahir Kaştayev tərəfindən bıçaqlanıb. Tahir Kaştayev sübhəli şəxs qismində saxlanılıb.
 
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...