Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında intihar hadisəsi baş verib.
Ednews-un məlumatına görə, 35 yaşlı Aysel Xəlilova ötən gün özünü klinikanın 10-cu mərtəbəsində eyvandan atıb.
Nəticədə o, klinikanın 4-cü mərtəbəsinə düşüb və həlak olub.
Məlumata görə, qadın orada müalicə alırdı. Bir müddət əvvəl onun atası dünyasını dəyişib.
ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova Ednews-a bildirib ki, hadisə ilə bağlı açıqlamalar yalnız istintaq orqanı tərəfindən verilə bilər.
"Baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqanları araşdırma aparır. Araşdırmalar başa çatdıqdan sonra istintaq orqanı hadisəyə hüquqi qiymət verəcək".
Baş Prokurorluq Mətbuat Xidmətindən isə Ednews-a bildirilib ki, faktla bağlı araşdırma aparılır.