TƏBİB-dən məşhur marketdəki zəhərlənmə ilə bağlı AÇIQLAMA - ednews.net

7 Avqust,

(+994 50) 229-39-11

TƏBİB-dən məşhur marketdəki zəhərlənmə ilə bağlı AÇIQLAMA

Cəmiyyət A- A A+
Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanından zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Ednews xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.

Qeyd olunub ki, xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, abmulator müalicə üçün artıq evə buraxılmışlar.
 
 
 
*10:22
 
Bakıda marketdə kütləvi zəhərlənmə olub.
 
Ednews xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" supermarketdə qeydə alınıb.
 
Mağazada 15-ə yaxın şəxs zəhərlənib.
 
Təcili yardım vasitəsilə zəhərlənənlərə müdaxilə edilib, vəziyyətləri ağır olanlar xəstəxanaya yerləşdirilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.
 
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...