“Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək” kitabının təqdimatı keçirilir - FOTOLAR - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

“Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək” kitabının təqdimatı keçirilir - FOTOLAR

Cəmiyyət A- A A+

Sosial Tədqiqatlar Mərkəzinin "Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək" kitabının təqdimatı keçirilir.

Ednews xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən ərsəyə gətirilən kitabda tarixi və geosiyasi vəziyyətə, Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinə, Ermənilərin tarixi torpaqlarımızda maddi-mədəni irsi işğal siyasətinə, 1988-1989-cu il deportasiyasına yer verilib.

Təqdimat mərasimində Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, mədəniyyət naziri Anar Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Əziz Ələkbərli və digər rəsmi şəxslər iştirak edirlər. Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev də tədbirə qatılıb.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc təqdimat mərasimində çıxışı zamanı bildirib ki, Vətən müharibəsində Qələbə təkcə gələcəyimizə deyil, həm də keçmişimizə, çox minillik tariximizə həssas münasibətə, onu yenidən qiymətləndirməyə fürsətlər açır.

“Erməni düşməni” və “işğal” terminlərini tarixə qovuşduran, bununla da yeni siyasi və milli kimlik qazanan xalqımız indi İrəvana və Zəngəzura, Göyçəyə və bütün tarixi torpaqlara gedən yolları inşa edir, çoxəsrlik qan yaddaşını qaytarır və mədəni-mənəvi intibahının yeni mərhələsinə qədəm qoyur".

O qeyd edib ki, Prezident İlham Əliyevin “İrəvana qayıdacağıq, lakin dinc yolla” çağırışı hər hansı sülh razılaşmalarını gerçəkləşdirmək üçün taktiki təzyiq planından çox uzağa gedən strateji dövlət kursudur. Ona görə də ölkə rəhbərinin Qarabağdan sonra dövlətimizin yeni milli hədəflərə yönəlmək, onun ideoloji-siyasi konseptini və elmi əsaslarını formalaşdırmaq çağırışına cavab olaraq, Sosial Tədqiqatlar Mərkəzi institusional bir əsəri Azərbaycan ictimaiyyətinə təqdim edir. Kitab yalnız dövlət rəsmiləri və diplomatik-siyasi heyət üçün deyil, daha çox xalqımıza onun taleyi ilə eyni aqibəti yaşayan, yüz illərlə dağıdılmaya məruz qalsa da, yazılı mənbələrdə, bir-birini əvəzləyən nəsillərin yaddaşında canlı qalan maddi-mədəni irs nümunələrini bir araya gətirməklə ümumxalq ensiklopediyası yaratmağa çalışır. Mühüm milli və mənəvi ideyalara söykənən tədqiqatın nəticəsi olan “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabı təkcə hazırkı Ermənistanda azərbaycanlılara məxsus irsin məhv edilməsi və yer üzündən silinməsinin miqyasını, statistikasını göstərmir, həm də abidələrin daşıdığı yaddaşı, əfsanələri, inanc və hekayələri onların pasportu, ruhi və fiziki kimliyi, milli tariximizin yaddaş toplusu şəklində yenidən bərpa edir.

1

1

1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...