Yaşyarımlıq Zəhranın erməni vandalizminin qurbanı olmasından beş il ötür - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

Yaşyarımlıq Zəhranın erməni vandalizminin qurbanı olmasından beş il ötür

Cəmiyyət A- A A+
Bu gün yaşyarımlıq Zəhra Quliyevanın Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən beş il ötür.
 
Ednews xəbər verir ki, 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
 
Həmin vaxt Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı və 1967-ci il təvəllüdlü nənəsi Quliyeva Sahibə İdris qızı Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəşi nəticəsində həlak olublar.
 
Habelə, atəş nəticəsində rayon sakini, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı yaralanıb və xəstəxanaya çatdırılıb.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...