Bakıda anasını öldürən oğulun işi ekspertizaya göndərildi - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

Bakıda anasını öldürən oğulun işi ekspertizaya göndərildi

Cəmiyyət A- A A+
Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Samir Cəfərovun işi üzrə məhkəmə prosesi davam etdirilib. 
 
Ednews xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb.
 
O bildirib ki, hadisə baş verən an S.Cəfərov anlaqsız vəziyyətdə olub və buna görə də o, ekspertizaya göndərilməlidir. 
 
Məhkəmə vəsatəti təmin edib və S.Cəfərov Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib. 
 
Proses qeyri-müəyyən müddətə təxirə salınıb. 
 
Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Nəsimi rayonunda baş verib. 1989-cu il təvəllüdlü S.Cəfərov anası, 1959-cu il təvəllüdlü Bəsti Cəfərovanı kirayədə birgə yaşadığı evdə boğaz nahiyəsinə xəsarət yetirərək qətlə yetirib. S.Cəfərova qarşı Cinayət Məcəlləsinin 120.1.2-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...