Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilir - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilir

Cəmiyyət A- A A+

Bu gün Sumqayıt Şəhər İcra Hakimiyyəti (ŞİH) tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə ərzaq məhsulları, məişət və tibbi sərfiyyat mallarından ibarət humanitar yardım göndərilir.

Ednews APA-ya istinadən xəbər verir ki, yardıma saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər daxildir.

Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bugün saat 10:00-da Ukraynanın ölkəmizdəki səfirinin və Sumqayıt ŞİH nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınacaq.

Ümumi çəkisi 50 ton miqdarında olan humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasıyasından Sumqayıt ŞİH-ə edilmiş rəsmi müraciətə cavab olaraq hazırlanıb və Çerkassı şəhəri əhalisinin ehtiyacları üçün nəzərdə tutulub.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Sumqayıt ŞİH-in Ukraynanın Çerkassı şəhərinə humanitar yardım göndərəcəyi ilə bağlı xəbərlər paylaşılmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...