”Ondan sonra Milli Məclisdə vəzifəyə, pula xidmət edənlər yox, xalqa xidmət edənlər oturacaq”.
Ednews xəbər verir ki, bu fikirləri qazi Kamil Musəvi öz sosial şəbəkə hesabında qeyd edib. O, deputatlara verilən bəzi maddi təminatının yox, onlara verilən maaşların da ləğv edilməsini təklif edib.
“Əslində bir vətəndaş kimi istəyərdim ki, deputatlara verilən bəzi pul təminatlar deyil, onlara verilən maaşlar belə ləğv edilsin. İnanıram ki, ondan sonra Milli Məclisdə vəzifəyə, pula xidmət edənlər yox, xalqa xidmət edənlər oturacaq…“
Xatırladaq ki, iyulun 1-dən etibarən deputata hər ay vəzifə maaşı, vəzifə maaşına əlavə və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün verilən vergilərdən azad olunan pul təminatı ləğv olunub.
Ləman Abbaslı