İmtahanların vaxtı dəyişdi - Abituriyentlərin NƏZƏRİNƏ - ednews.net

13 Avqust, Şənbə

(+994 50) 229-39-11

İmtahanların vaxtı dəyişdi - Abituriyentlərin NƏZƏRİNƏ

Cəmiyyət A- A A+
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyul və avqustda keçirilən imtahanların vaxtı dəyişdirilib. 
 
Ednews DİM-ə istinadən xəbər verir ki, imtahanlar bu aylar üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. 
 
Qeyd edilib ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar:
 
“Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. 
 
“İmtahana buraxılış vərəqəsi”ndə, həmçinin imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və s. məlumatlar qeyd olunur. Buraxılış vərəqələri imtahandan 1 həftə öncə Mərkəzin saytına yerləşdirilir. 
 
İştirakçılara özləri ilə şəffaf qabda qazsız su da gətirmələri tövsiyə olunur”. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...