İsrail generalı məqaləsində 2-ci Qarabağ müharibəsini - NÜMUNƏ göstərdi - ednews.net

13 Avqust, Şənbə

(+994 50) 229-39-11

İsrail generalı məqaləsində 2-ci Qarabağ müharibəsini - NÜMUNƏ göstərdi

Cəmiyyət A- A A+
“44 günlük Qarabağ savaşı və Ukraynada davam edən müharibə qoşunların və mühüm infrastrukturun hava hücumlarından qorunmasının nə qədər vacib olduğunu bir daha sübut etdi”.
 
Ednews xəbər verir ki, bunu 2015-2018-ci illərdə İsrail ordusunun (ÇAXAL) hava hücumundan müdafiə qüvvələrinə komandanlıq edən briqada generalı Zvika Haymoviç Amerikanın nüfuzlu “The National Interest” jurnalında dərc olunan məqaləsində yazıb.
 
Hazırda MirYam İnstitutunun eksperti olan general Xaymoviç iddia edir ki, Avropa ölkələri Ukraynadakı müharibədən dərs götürərək, müasir hava hücumundan müdafiə sistemlərinin yaradılmasına milyardlarla dollar sərmayə qoymağa hazırlaşır.
 
Bundesverə 100 milyard (!) Avro sərmayə qoymağa qərar verən Almaniya xüsusən də İsrailin “Arrow” raketdən müdafiə sistemini alacaq. Bu, sövdələşmənin hazırlanmasında iştirak edən ABŞ-ın təsdiqindən sonra mümkün olub.
 
Niderland bu yaxınlarda 5 milyard avroluq yeni müdafiə büdcəsini təsdiqləyib. Bunun da böyük hissəsi hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə gedəcək.
 
Ümumiyyətlə, NATO Rusiyanın təcavüzünü dəf etmək üçün yeni aşkarlama komponentlərinin və müdafiə vasitələrinin yaradılması üzərində işləyir.
 
İsrail generalının sözlərinə görə, dünya nəhayət ki, havadan gələn və müharibənin mahiyyətini dəyişən yeni təhlükələrin reallığını dərk etməyə başlayıb. Və bu baxımdan Ukraynadakı müharibə ilk həyəcanverici siqnal deyil.
 
Hələ 2020-ci ilin payızında Azərbaycan və Ermənistan arasında baş verən müharibə yekun qələbənin əldə olunması üçün hava hücumundan müdafiə sistemlərinin vacibliyini açıq şəkildə nümayiş etdirdi.
 
“The National Interest” nəşrinin müəllifi əlavə edir ki, Ukrayna müharibəsi əvvəllər Rusiyadan gələn təhlükəni ciddi qəbul etməyən, özlərini hərbi təcavüzdən sığortalanmış hesab edən Avropa ölkələrini ayağa qaldırıb.
 
Onun fikrincə, Ukraynanın yeni əraziləri itirməsinin əsas səbəblərindən biri mühüm hərbi və mülki infrastrukturun qorunması üçün hava hücumundan müdafiə sistemlərinin olmaması olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...