Qəbiristanlıqda kəsilmiş insan ayağı tapıldı - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Qəbiristanlıqda kəsilmiş insan ayağı tapıldı

Cəmiyyət A- A A+
Xırdalan şəhər qəbiristanlığında kəsilmiş insan ayağı tapılıb. 
 
Ednews xəbər verir ki, ötən gün 17:30 radələrində qəbirstanlığın mollası tərəfindən insan ayağı aşkar edilib. 
 
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub. Hadisə yerinə baxış keçirilib, aşkar olunan ayaq ekspertiziya göndərilib. 
 
Ayağın büküldüyü göy rəngli parçaların tibbi müəssisələrdə istifadə edilən geyim paltarının parçası olması, həmçinin, tənzif aşkarlanması nəticəsində ehtimal edilir ki, ayaq cərrahiyyə yolu ilə kəsilib. 
 
Faktla bağlı araşdırma aparılır. 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...