Ermənilər Qara göl bölgəsində basdırdıqları minaya - ÖZLƏRİ DÜŞÜRLƏR - ednews.net

8 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Ermənilər Qara göl bölgəsində basdırdıqları minaya - ÖZLƏRİ DÜŞÜRLƏR

Cəmiyyət A- A A+
“Bir neçə ay əvvəl yazmışdıq ki, Qara göl bölgəsində sərhədimiz qorunmur. Bu baxımdan azərbaycanlılar sərbəst şəkildə Sisyana gələ bilərlər”.
 
Ednews xəbər verir ki, bu barədə informasiyanı “Qraparak” qəzeti yazıb.
 
“Vəziyyət o qədər həyəcanlı idi ki, yerli ordu korpusu Xoznavar kəndi yaxınlığında, uzunluğu təxminən bir kilometr olan hissəni minalamaq qərarına gəlib.
 
İcmanın keçmiş rəhbəri Varo Qriqoryan bu xəbəri təsdiqləyərək, əlavə məlumat verə bilməyəcəyini deyib. Yerli əhaliyə mina ilə bağlı xəbərdarlıq edilməyib. Kəndlilər bundan ərazidə otlayan atların minaya düşməsindən sonra xəbər tutublar”, – deyə mənbə qeyd edib.
 
Xatırladaq ki, Laçın rayonunun ərazisində olan, Ermənistanın Gorus rayonu ilə sərhəddə yerləşən Qara göl ötən ilin may ayında Azərbaycan hərbçilərinin nəzarətinə keçib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...