Azərbaycanda bu saytın rəhbəri həbs olundu - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycanda bu saytın rəhbəri həbs olundu

Cəmiyyət A- A A+
“Demokratik.az” saytının rəhbəri Osman Nərimanoğlu (Rzayev) həbs olunub.
 
Ednews xəbər verir ki, sosial şəbəkələrdə Osman Rzayevin fəaliyyəti ilə bağlı həbs olunduğu iddia edilib.
 
Məsələ ilə bağlı DİN-in Xidmət rəisi Ehsan Zahidov “Qafqazinfo”ya bildirib ki, Osman Rzayevin tutulmasının onun fəaliyyəti ilə bağlı olduğu iddiaları həqiqəti əks etdirmir:
 
“Osman Rzayev törətdiyi konkret əmələ görə tutulub. Belə ki, o, bu il iyunun 15-də Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev, iyunun 16-da Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məmmədov, iyunun 18-də Göygöl Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əlikömək Alıyev və həmin xəstəxananın həkimi Rəşad Əkbərovdan barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək pul tələbinə görə tutulub.
 
Adları çəkilən 4 nəfərin şikayəti əsasında Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...