Müəllimlərin sertifikasiyası ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA - ednews.net

8 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Müəllimlərin sertifikasiyası ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA

Cəmiyyət A- A A+
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və sertifikasiya prosesi ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır. 
 
Ednews xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
 
Onun sözlərinə görə, Təhsil Nazirliyi bildirir ki, vətəndaşlara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd müəllimlərin işə qəbulu və sertifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır:
 
"Belə hallarla qarşılaşan vətəndaşlardan Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-3 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (//edu.gov.az/az/contact_us) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etmələri xahiş olunur".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...