İsmayıllı rayonunda iri gövdəli ağac aşaraq Muğanlı-İsmayıllı yolunu bağlayıb.
Ednews xəbər verir ki, bu gün səhər saat 10:30 radələrində Talıstan kəndi ərazisində, Muğanlı-İsmayıllı yolunun kənarındakı iri gövdəli ağaclardan biri aşıb.
Nəticədə yolun hər iki hərəkət zolağı bağlanıb. APA.az-ın məlumatına görə, yolda nəqliyyatın hərəkəti dayanıb, yüzlərlə avtomobil yolda qalıb. Hazırda yolun açılması üçün tədbirlər görülür.