Son 2 il 6 ay ərzində ölkədə narkotik vasitələrlə mübarizə sahəsində 19 mindən çox cinayət faktı müəyyən edilib.
Ednews apa-ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov deyib.
Qeyd olunub ki, 7 tondan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.