Bu saatlarda dənizə girmək təhlükəlidir! - DİQQƏTLİ OLUN! - ednews.net

14 Avqust,

(+994 50) 229-39-11

Bu saatlarda dənizə girmək təhlükəlidir! - DİQQƏTLİ OLUN!

Cəmiyyət A- A A+
Dənizdə çimməyin insan üçün çox böyük əhəmiyyəti var. Çünki bu zaman insan orqanizmində müxtəlif müsbət proseslər baş verir. Çimərlikdə dincələn insanlar həm günəş şüalarından orqanizm üçün faydalı olan D vitaminindən, həm dəniz duzunun tərkibində olan minerallarından, həm də çimərlik qumundan faydalana bilir.  
 
Həkim pediatr Şücaət Həsənov dəniz suyunun insan orqanizmi üçün çox faydalı olduğunu bildirib. O, bu barədə Ednews - a danışarkən deyib. Onun sözlərinə görə, dəniz suyu dəridən toksinləri xaric edir və ölü hüceyrələri təmizləyir. 
 
“İnsan üçün dənizdə 10 -15 dəqiqə olmaq kifayətdir. Bu müddətdə sudakı minerallar müəyyən dərəcədə orqanizmə nüfuz  edir. Faydalısı isə dənizdə suyun tempraturunun 20 -24 dərəcə olduğu zaman çimməkdir. Su nə qədər isti olsa maddələr mübadiləsi bir o qədər yaxşı çalışır”.
 
Həmçinin həkim dəniz suyunun burun - boğaz və dəridə olan iltihablara yaxşı təsir etdiyini də bildirib. Dəniz suyu ayaq və tər qoxusunun qarşısını alır. Dənizdə olan yod immuniteti gücləndirir.
 
“Dənizə adətən səhər saat 10-11 arası və axşam gün batandan sonra getmək məsləhətdir. Dəri səthində açıq yaralar varsa, dəniz suyundan iltihablaşma baş verə bilər. Buna diqqət edilməldir”. 
 
Həkim deyir ki, yemək yedikdən dərhal sonra suya girmək olmaz. Çünki bu həzm sistemində müəyyən problemlər yarada bilər. 
 
“Soyuq su, ürək-damar, qaraciyər, böyrək və s. xəstəlikləri olan insanların sağlamlığına zərər verə bilər. Həmçinin, dəniz suyu və dəniz havası hipertoniklər, onkoloji xəstələr, infeksion xəstəliklərə, yoda allergiyası və dəri-zöhrəvi xəstəlikləri olan insanlar üçün təhlükəli ola bilər”.
 
Aliyə İlyas

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...