Paytaxtda avto qəza - Avtobus minik avtomobili ilə toqquşdu - ednews.net

14 Avqust,

(+994 50) 229-39-11

Paytaxtda avto qəza - Avtobus minik avtomobili ilə toqquşdu

Cəmiyyət A- A A+
Mehdiabad qəsəbəsində “Çinar Trans” MMC-nin istismarında olan 81 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JZ 281 DQN-lı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. 
 
Ednews xəbər verir ki, avtobus dönmə əməliyyatı edərkən minik avtomobili ilə toqquşub.
 
Qəza avtobus depodan reysə çıxmaq üçün Qaraçuxur qəsəbəsinə gedən zaman baş verdiyindən nəqliyyat vasitəsi boş olub. Minik avtomobilində olan iki nəfər xəsarət alıb. 
 
Hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...