İnternetin sürəti artırılır - ednews.net

8 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

İnternetin sürəti artırılır

Cəmiyyət A- A A+
İstehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edəcək. 
 
Şirkətdən Ednews-a verilən məlumata görə, abunəçilərin daha sürətli internetə keçidini təmin etmək məqsədilə GPON (Giqabit Passiv Optik Şəbəkə) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürüləcək. 
 
Qeyd olunur ki, 4 mbit/s və 10 mbit/s-lik xidmətindən 15 mbit/s və 30 mbit/s paketinə keçid alan müştərilərin gələcəkdə daha sürətli internet paketlərinə keçidi üçün təklif olunan yüksək sürətli tariflərdən birini seçmək imkanı da var.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...