İyulun 9-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində muzey artefaktlarının toplandığı “Qarabağ xanlığı” kitabının təqdimatı olub.
Ednews xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" hesabında bildirilib.
Qeyd olunub ki, təqdimat Şuşada davam edən Azərbaycan diplomatik nümayəndəliklərinin rəhbərlərinin müşavirəsinin sessiyası çərçivəsində professor Eldar Nadiradzenin rəhbərliyi altında bir qrup gürcü alimin iştirakı ilə baş tutub.