Ağdamda xəstəxanaya gələn xəstə pəncərəsinin şüşəsini sındırıb.
Ednews xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində yerləşən Ağdam Mərkəzi Rayon Xəstəxanasının binasında baş verib.
Xəstəxanadan verilən məlumata görə, pəncərənin şüşəsini sındıran rayon sakini 1993-cü il təvəllüdlü Əhmədli Aqil Naqil oğludur.
A.Əhmədli yaşadığı ünvana təcili tibbi yardım bölməsini çağırıb. Çağırış yerinə gedən təcilli tibbi yardım əməkdaşlarını görən A.Əhmədli onlarla mübahisə edib. Təcili yardım əməkdaşları o, Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Xəstəxanaya çatdırılan A.Əhmədli binadakı pəncərənin şüşəsini sındırıb. Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.