Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ednews xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Pirşağı qəsəbəsində yolu keçən 1982-ci il təvəllüdlü Mursəlov Əsgər Tanrıverdi oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.