"Ukraynalı qaçqınların əksəriyyəti getdikləri ölkələrdə qalmağı planlaşdırır" - BMT - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

"Ukraynalı qaçqınların əksəriyyəti getdikləri ölkələrdə qalmağı planlaşdırır" - BMT

Cəmiyyət A- A A+
Ukraynadan olan qaçqınların əksəriyyəti mümkün qədər tez vətənə qayıtmağa ümid edir, lakin təxminən üçdə ikisi hərbi əməliyyatlar sakitləşənə və təhlükəsizlik vəziyyəti yaxşılaşana qədər hazırkı ev sahibi ölkələrdə qalacaqlarını bildiriblər.
 
Ednews xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının bu gün dərc olunan hesabatında bildirilib.
 
Sorğu üçün BMT QAK və tərəfdaşlar 2022-ci il may-iyun aylarında Çexiya, Macarıstan, Moldova Respublikası, Polşa, Rumıniya və Slovakiyada təxminən 4900 qaçqınla müsahibə aparıb.
 
Hesabata görə, 16 faizə yaxın qaçqın iki ay ərzində Ukraynaya qayıtmağı planlaşdırır, onların 15 faizi isə yalnız ailəsini ziyarət etmək və ya qohumlarının təxliyəsinə kömək etmək üçün müvəqqəti səfəri planlaşdırır.
 
Hesabatda qeyd olunub ki, qaçqınların getdikləri ölkədə qalıb-qalmamaq və ya nə vaxt köçmək barədə planları onların Ukraynada yaşadığı bölgələrdəki vəziyyətə, köçkünlükdən sonra keçən vaxta və onların hazırda məskunlaşdığı ölkələrə görə əhəmiyyətli dərəcədə dəyişir. Kiyevdən və qərbdəki bölgələrdən gələn qaçqınların daha çox hissəsi şərqdən və şimaldan gələnlərlə müqayisədə geri qayıtmağı planlaşdırır.
 
Hazırda Avropada Ukraynadan gələn 5,6 milyondan çox qaçqın qeydə alınıb. Rusiya işğalından sonra 8,8 milyon insan Ukraynanı tərk edib, lakin artıq təxminən 3,3 milyon insan geri qayıdıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...