Yeni Ramanada mərkəzləşdirilmiş içməli su şəbəkəsi inşa olunur - ednews.net

17 Avqust, Çərşənbə

(+994 50) 229-39-11

Yeni Ramanada mərkəzləşdirilmiş içməli su şəbəkəsi inşa olunur

Cəmiyyət A- A A+
"Azərsu" ASC 2022-ci ilin Dövlət investisiya proqramına uyğun olaraq Bakının Sabunçu rayonunun Yeni Ramana yaşayış massivində mərkəzləşdirilmiş içməli su şəbəkəsi inşa edir.
 
Ednews quruma istinadən verdiyi məlumata görə. layihənin həyata keçirildiyi ərazidə indiyə qədər mərkəzləşdirilmiş şəbəkə mövcud olmayıb və sakinlərin içməli su təchizatı əhali tıərəfindən yaradılmış fərdi şəbəkələr vasitəsilə aparılıb.
 
Tikinti normalarına cavab verməyən şəbəkədə tez-tez baş verən qəzalar və hidravliki rejimlərin pozulması əhalinin susuz qalmasına, ciddi su itkilərinə səbəb olub, eləcə də suyun keyfiyyəti üçün risklər yaradırdı. Layihəyə əsasən Yeni Ramana yaşayış massivində müxtəlif diametrli borularla 4 km uzunluğnda içməli su şəbəkəsi yaradılacaq. Yeni yaradılan şəbəkədən 500-ə yaxın ünvana ev birləşməsi verilərək sayğaclar quraşdırılacaq. İndiyədək içməli su şəbəkəsinin 2,8 km-lik hissəsi inşa edilib, 300 ünvana birləşmə verilib. Yeni mərkəzləşdirilmiş şəbəkələrin yaradılması içməli su təchizatındakı problemlərin aradan qaldırılması ilə yanaşı, yeni abonentlərin sistemə qoşulmasına imkan verəcək.
 
Dövlət investisiyası hesabına 2022-ci ildə Saray, Binəqədi, Zabrat, Ramana, Bilgəh, Maştağa, Buzovna, Şağan, Mərdəkan, Qala, Şüvəlan, Binə qəsəbələrinin bir hisssəində içməli su layihələri icra olunacaq. Artıq Ramana, Şüvəlan və Bilgəh qəsəbələrində tikinti-quraşdırma işlərinə başlanılıb. Digər qəsəbələrdə isə tikintiyə hazırlıq hazırlıq işləri davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...