Bakı metrosunda gediş haqqının artırılacağı ilə bağlı iddialar var.
Məsələ ilə bağlı "Bakı Metropoliteni QSC"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Ednews-a açıqlaması zamanı bildirib ki, tənzimləmə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının səlahiyyətinə daxildir.
“Bakı Metropoliteni” QSC metropolitendə gedişhaqqı qiymətlərini tənzimləmir və belə bir səlahiyyəti yoxdur. Tənzimləmə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının səlahiyyətinə daxildir. Ümumiyyətlə, bildirmək istəyirik ki, “Bakı Metropoliteni” QSC aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən, maliyyə hesabatını təqdim edir. Bununla belə, gedişhaqqı qiymətlərinə yenidən baxılaraq tənzimlənməsi barədə “Bakı Metropoliteni” QSC-dən aidiyyəti qurumlara müraciət ünvanlanmayıb",-deyə qurum rəsmisi bildirib.
İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev isə bildirib ki, gediş haqqlarının artırılması bağlı hər hansı dəyişiklik müzakirə olunmur.
“Gediş haqqının artırılması ilə bağlı məsələ hazırda gündəmdə deyil. Metroda xidmət haqqının dəyişdirilməsi ilə bağlı məsələ hazırda Tarif Şurasında müzakirə olunmur”.
Ləman Abbaslı