Çimərliklərə doluşan ilanlar təhlükəlidir, yoxsa?.. - Ekspertdən AÇIQLAMA - ednews.net

8 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Çimərliklərə doluşan ilanlar təhlükəlidir, yoxsa?.. - Ekspertdən AÇIQLAMA

Cəmiyyət A- A A+
Son vaxtlarda sosial şəbəkələrdə çimərliklərdə dolanan ilanlarla bağlı görüntülər yayılıb. Bu hal insanların çoxunu narahat etdiyi üçün onlar çiməriklərə getməyə qorxurlar.
 
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun mütəxəssisi Səbinə Bünyadova Ednews–a bildirib ki, çimərlikdə görülən növ su ilanlarıdır. 
 
“Su ilanlarının insanlar üçün heç bir təhlükəsi yoxdur. Həmin ilanlar suda yaşayırlar. Buna görə də normal olaraq insanlar çimərliyə getdiklərində onlarla rastlaşırlar”.
 
Səbinə Bünyadova ilanların sərin yer axtardığını və insanlara hücum etmədiyini, dişlədikləri halda isə sadəcə allergik reaksiya verdiyini qeyd edib.
 
“Bəzən vətəndaşlar su ilanlarını gördüklərində qorxub öldürmək istəyir. Buna görə də ilanlar özlərini müdafiə etmək üçün onlara hücum edib, dişləyir. Su ilanı dişlədikdə zəhərlənmə hadisəsi baş vermir, sadəcə allergik reaksiya verir”.
 
Zoologiya İnstitutunun mütəxəssisi ilanları çimərliklərdən təmizləməyin yolunun olmadığını da bildirib.
 
“İlanları çimərliklərdən təmizləməyin bir yolu yoxdu. Onların sayı olduqca çoxdur. Su ilanlarının yuvaları, evi çimərliklərdir”.
 
Aliyə İlyas

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...