2022-ci ildə kreslosunu itirən yüksək vəzifəli məmurlar - SİYAHI - ednews.net

17 Avqust, Çərşənbə

(+994 50) 229-39-11

2022-ci ildə kreslosunu itirən yüksək vəzifəli məmurlar - SİYAHI

Cəmiyyət A- A A+
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 16 iyul 2022-ci il tarixli sərəncamı ilə Səfər Mehdiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.
 
Lakin DGK sədri 2022-ci ildə vəzifəsini itirən tək yüksəkranqlı məmur deyil. Belə ki, 2022-ci ildə bir sıra yüksək vəzifəlilər öz kreslolarından məhrum olublar.
 
Ednews Bizim.Media-ya istinadən həmin şəxslərin siyahısını təqdim edir:
 
Abdin Fərzəliyev
 
Prezidentin Sərəncamı ilə bu il yanvarın 19-da Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, 2005-ci ilin dekabrından etibarən sözügedən vəzifəni icra edirdi. Lakin Abdin Fərzəliyev vəzifəsindən azad edildikdən sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb.
 
İradə Gülməmmədova
 
Prezident İlham Əliyevin 19 yanvar tarixli sərəncamı ilə İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. O, 2015-ci ilin sentyabrından bəri sözügedən vəzifəni icra edirdi.
 
Rövnəq Abdullayev
 
2022-ci ilin 10 fevralında Rövnəq Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsindən azad edilib. O, Prezidentin müvafiq tarixli digər sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. Qeyd edək ki, Rövnəq Abdullayev SOCAR-ın prezidenti vəzifəsini 2005-ci ilin 10 noyabrından bəri icra edirdi.
 
Ramiz Mehdiyev
 
AMEA-nın sabiq prezidenti fevralın 14-də öz ərizəsi ilə tutduğu vəzifədən istefa verib. O, 2019-cu ilin 23 oktyabrından sözügedən vəzifəni icra edirdi.
 
Mehdi Səlimzadə
 
Prezident İlham Əliyevin 28 fevral 2022-ci il tarixli sərəncamilə Mehdi Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, 2016-ci ilin iyununda bu vəzifəyə təyinat almışdı.
 
Nizami Məmmədov
 
2022-ci il martın 3-də Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olunub. Bakı Hərbi Məhkəməsinin qərarı ilə N.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Nizami Məmmədov 80 milyon 600 min manat mənimsəməkdə təqsirləndirilir.
 
Elman Rüstəmov
 
11 aprel 2022-ci ildə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi məsələsinə baxılıb və aprelin 12-də Milli Məclisin qərar layihəsi səsverməyə çıxarılaraq qəbul olunub. O, 1995-ci ildən etibarən bu vəzifəni icra edirdi. Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən azad edildikdən sonra, baş nazirin müşaviri vəzifəsinə təyin olunub.  
 
Cavid Qurbanov
 
25 may 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilib. O, 2015-ci ilin fevralından etibarən bu vəzifəni icra edirdi. Dəmir Yollarının sədri vəzifəsini itirdikdən sonra Cavid Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edildi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...