Hazırda Baş prokuror Kamran Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci yarımilində fəaliyyət istiqamətləri üzrə prokurorluq orqanları tərəfindən görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videoformat rejimində geniş kollegiya iclası keçirilir.
Ednews-un əldə etdiyi məlumata görə, müşavirədə Baş prokuror Kamran Əliyev çıxış edir.
Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən informasiya təsdiq olunaraq iclasın detalları ilə bağlı ictimaiyyətə məlumatın veriləcəyi bildirilib.