İsrail qırıcıları dünən gecə Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı ərazilərə bir sıra hava zərbələri endirib.
Ednews “siasat.com” a istinadən xəbər verir ki, hava hücumu nəticəsində 3 əsgər ölüb, 7-si yaralanıb.
Yerli məlumatlara görə, həm Suriya paytaxtında, həm də İsrailin şimalında güclü partlayış səsləri eşidilib.
Aviazərbələr, həmçinin Dəməşqin Sayeda-Zeynab rayonunda yerləşən və İrana məxsus olduğu bildirilən pilotsuz uçuş aparatı istehsalı üzrə müəssisəyə də endirilib. Zərbə nəticəsində İrana məxsus olan silah anbarı tamamilə məhv edilib.