Siyəzən Rayon Polis Şöbəsinin və BDYP İdarəsinin 1-ci tağımının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Ednews-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin saxlanması və dövriyyəsində şübhəli bilinən rayon sakinləri Murad Həbibzadə və Ədalət İlyasov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə, yaşadıqları ünvanlara, eləcə də avtomobillərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin, marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Aydın Adıgözəlov