İyulun 31-dən Rusiyanın “İraero” şirkəti Yekaterinburq-Bakı aviareysini bərpa edəcək.
Ednews xarici mətbuata istinadən xəbər verir ki, uçuşlar həftənin çərşənbə və bazar günləri, "SSJ-100" markalı təyyarələrlə həyata keçiriləcək.
Xatırladaq ki, Yekaterinburq və Bakı arasında uçuşlar bu ilin mart ayından dayandırılmışdı.