Dövlət xətti ilə ipoteka kreditləşməsi artdı - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

Dövlət xətti ilə ipoteka kreditləşməsi artdı

Cəmiyyət A- A A+
Bu il I yarısında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 217 milyon manat kredit verilib. 
 
Ednews Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 % çoxdur. 
 
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 24 % artaraq 188,3 milyon manata çatıb. 
 
Ötən 6 ayda İKZF istiqraz buraxmaqla 130 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 23,8 % çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,7 % artaraq 47,6 milyon manata çatıb. 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...