AZAL 1,8 mln. manatlıq üç helikopterini hərraca çıxaracaq - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

AZAL 1,8 mln. manatlıq üç helikopterini hərraca çıxaracaq

Cəmiyyət A- A A+
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) balansında olan üç Airbus helikopteri sentyabrın 1-i tarixində hərraca çıxarılacaq. 
 
Əmlak Məsələləri Dövlət Xidmətindən Ednews-a verilən məlumata görə, hərracda çıxarılacaq helikopterlərin ikisi 2005-ci il istehsalı olan EC-155B1 markalı, biri isə 2009-cu il istehsalı olan EC-135P2 markalı helikopterlərdir.
 
Hər üç helikopterin start qiyməti 1,8 mln. manat təşkil edir. 
 
Hərracda iştirak etmək üçün sifariş verən (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəyən) şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır. 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...