İsmayıllıda qanunsuz çalışan ocaqxana aşkarlandı - VİDEO - FOTOLAR - ednews.net

9 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

İsmayıllıda qanunsuz çalışan ocaqxana aşkarlandı - VİDEO - FOTOLAR

Cəmiyyət A- A A+
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları meşələrdə və meşəətrafı sahələrdə apardıqları monitorinqlər zamanı İsmayıllı rayonu, Basqal kəndində meşəlik ərazidə qeyri-qanuni yolla ağac kömürü istehsal edən dörd ədəd ocaqxana aşkar edib.
 
Bu barədə Ednews-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsülla düzəldilən, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların meşə ərazisində istismar edilməsi ərazidə yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinin artmasına münbit zəmin yaradır.
 
"Yuxarıda qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları"nın 2.1.1 və 2.1.4-cü maddələrinin tələblərinə zidd olaraq meşə sahələrində ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanalar təşkil etmiş şəxslər barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib", - məlumatda qeyd olunub.
1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...