İl ərzində 13 uşaq qərəzi şəkildə təhsildən yayındırılıb - RƏSMİ - ednews.net

9 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

İl ərzində 13 uşaq qərəzi şəkildə təhsildən yayındırılıb - RƏSMİ

Cəmiyyət A- A A+
İl ərzində qərəzli şəkildə təhsildən yayındırılan 13 uşaq müəyyən edilib.
 
Ednews xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova "İnsan alverinə qarşı mübarizə: fəaliyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
 
O bildirib ki, Dövlət Komitəsi həmin məsələləri araşdırıb:
 
"Belə hallar aşkarlananda dərhal hərəkətə keçilir və müvafiq tədbirlər görülür. 2018-ci ildən repatriasiya olunan uşaqlarla bağlı da 3 aydan bir monitorinqlər aparılır. Elə uşaqlar da var ki, əxlaqsız həyat tərzi yaşayır, bəziləri cinsi zorakılığa məruz qalanlardır. Sığınacaqlar belə uşaqları qəbul etmək istəmirlər. Bu, ciddi problemdir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...