Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində dəniz sahilində 2 nəfər, Nicat Allaheverdiyev və Sübhan Zöhrabov balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batıb.
Ednews xəbər verir ki, hadisə qəsəbənin Mayak adlanan ərazisində baş verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” Dalğıc-axtarış qrupu 6 nəfər şəxsi heyətlə axtarışlara cəlb olunub. Axtarışlar dünən 19.03-də başlayıb. Qeyri sabit küləkli hava şəraiti səbəbindən su nəqliyyatı vasitəsini suya salmaq mümkün olmayıb.
Getdikcə güclənən şimal küləyi və havanın qaralmasını əsas götürərək saat 20.05-də axtarışlar dayandırılıb.
Bu gün səhər saat 7.00-dan yenidən başlayan axtarışlar hal-hazırda da davam etdirilir.