Bakı-Quba yolunun Siyəzənin Yenikənd kəndindən keçən hissəsində baş verən qəzada ölənlərin və yaralıların şəxsiyyəti məlum olub.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, dünyasını dəyişənlər Bakı sakinləri - 50 yaşlı Qladçenko Anna Vasilyevna və 67 yaşlı Nüşabə Həsən qızı Sultanovadır.
Hazırda xəstəxanada müalicə olunan dünyasını dəyişən rus qadının həyat yoldaşı,71 yaşlı Qladçenko Vitaliy Vladimiroviç, 48 yaşlı Səbinə Çingiz qızı Qasımova və onun 18 yaşlı qızı Ayan Rövşən qızı Qasımovadırlar.
Yaralıların müalicəsi davam edir.